Vətəndaşların müraciəti


QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.

Hörmətli Bakı sakinləri!

 Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

İctimaiyyətin nəzərinə


Operativ məlumatlar

Gündəlik kriminal xronika


Vətəndaşların qəbulu və müraciətləri


Qəbul qaydaları

Müraciətlərə baxılma qaydası

Vətəndaşların müraciətləri

İnformasiya sorğusu


Paytaxt Bakıda qanunsuz miqrantlara qarşı mübarizə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

09 fevral 2010
Son illər dünyanı maliyyə böhran fonunda ölkədə aparılan uğurlu iqtisadi siyasət və məqsədyönlü tədbirlər Azərbaycan Respublikasını regionda lider dövlətə çevirmiş, əldə olunmuş iqtisadi nəticələr ölkəmizə marağı daha da artırmış, ölkədəki sürətli inkişafı xarici ölkələrdən iş axtarmaq məqsədilə çoxsaylı miqrantların gəlməsinə səbəb olmuşdur. Məlum olduğu kimi, miqrantların Azərbaycan Respublikasına gəlməsi, yaşaması və işlə təmin olunması qanunvericiliklə tənzimlənir və bu qaydaları pozan əcnəbilər kimliyindən, hansı ölkədən gəlməyindən asılı olmayaraq, inzibati qaydada tənbeh olunur. Qanunvericiliyin tələblərindən irəli gələn bu proses kampaniya xarakteri daşımır və ardıcıl olaraq davam etdirilir. Qeyd etmək lazımdır ki, bəzi mətbuat vasitələrində müvafiq dövlət qurumları, xüsusən də daxili işlər orqanları tərəfindən son dövrlərdə Çin və Pakistan vətəndaşlarının Azərbaycan ərazisindən, o cümlədən Bakı şəhərindən kütləvi olaraq çıxarılması (deportasiya edilməsi) və bu zaman qanunvericiliyin və miqrantlarının hüquqlarının pozulması haqqında verilən məlumatlar, eləcə də bununla bağlı bəzi qeyri-hökumət təşkilatlarının verdiyi şərhlər həqiqətə uyğun deyil və bu sahədə görülmüş işlərə kölgə salmağa yönəlmişdir. Diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasında əcnəbi ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin deportasiya edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. AR «İnzibati Xətalar Məcəlləsi»nin 330-cu maddəsinə görə, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşaması və ya, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 300 manatdan 400 manatadək cərimə edilməklə, inzibati qaydada respublika hüdudlarından kənara çıxarılır. AR İXM-in 457.2-ci maddəsinə görə, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı polis orqanları tərəfindən icra edilir və həmin məcəllənin 457.1-ci maddəsinə görə, qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qərarın icrasından yayınma ehtimalı olduqda, məhkəmənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının (DİN-in) qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisələrində saxlanıla bilər. Azərbaycan Respublikasına gəlmiş hər bir xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs ölkə qanunlarına hörmətlə yanaşmağa, qanunvericiliyin tələblərinə əməl etməyə borcludur və bu baxımdan müəyyən edilməmiş yerlərdə malların satılmasına və xidmətlərin göstərilməsinə görə «İnzibati Xətalar Məcəlləsi»nin 235-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət ölkə vətəndaşlarına olduğu kimi, onlara da şamil edilir.