Vətəndaşların müraciəti


QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.

Hörmətli Bakı sakinləri!

 Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

İctimaiyyətin nəzərinə


Operativ məlumatlar

Gündəlik kriminal xronika


Vətəndaşların qəbulu və müraciətləri


Qəbul qaydaları

Müraciətlərə baxılma qaydası

Vətəndaşların müraciətləri

İnformasiya sorğusu


BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI MƏRASİMİ OLMUŞDUR

03 oktyabr 2009
Oktyabrın 3-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi olmuşdur.
Mərasimdə BŞBPİ-nin rəhbərliyi, idarə və şöbə rəisləri, büstün müəllifi, xalq rəssamı, AMEA-nın həqiqi üzvü, tanınmış heykəltəraş Ömər Eldarov iştirak etmişlər.
Giriş sözü ilə mərasimi açan baş idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov büstün üstündəki ağ örtüyü götürmüş, iştirakçılar büstün önünə gül dəstələri qoymuşlar.
Rafiq Abbasov demişdir: “Bu gün Bakı Şəhər Baş Polis İdarəsində əlamətdar gündür. Biz baş idarənin yeni inzibati binasında ulu öndər Heydər Əliyevin büstünün açılışı mərasiminə toplaşmışıq. Ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq, ulu öndərin qiymətli tövsiyələrini heç zaman unutmayacağıq”.
Rəis vurğulamışdır ki, bu gün Azərbaycanın müasir tarixində də əlamətdar gündür. 16 il əvvəl, 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi mütləq səs çoxluğu ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Həmin dövrdə respublikada vəziyyət çox ağır idi. Yenicə müstəqillik qazanmış Azərbaycanın ərazilərinə erməni təcavüzünün gücləndiyi, Dağlıq Qarabağda müharibə getdiyi bir vaxtda respublika daxilində hakimiyyət uğrunda mübarizə gərginləşirdi. Dövlətimizin parçalanmaq təhlükəsi var idi, 70 ildən sonra bərpa edilmiş müstəqilliyi itirə bilərdik. Bunun bir səbəbi Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin dağıdıcı fəaliyyəti olsa da, digər səbəb müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edənlərin xəyanəti və səriştəsiz siyasəti idi.
Məhz belə ağır bir zamanda Azərbaycan xalqı öz dahi oğlu Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi. Ulu öndər tarixi xilaskarlıq missiyasını həyata keçirmək üçün xalqın tələbi ilə Naxçıvandan Bakıya gəldi. Bununla da müstəqil Azərbaycanın tarixində yeni bir dövr - dövlət quruculuğu dövrü başlandı, tərəqqi və inkişafın əsası qoyuldu. Təbii ki, bütün bunlar asan başa gəlmədi, xarici qüvvələrin dəstəklədiyi namərd düşmənlə qeyri-bərabər müharibədə qurbanlar verdik, dövlət çevrilişi cəhdləri ilə üz-üzə gəldik. Amma düşmənin niyyəti gözündə qaldı, biz ümummilli liderimiz Heydər Əliyevin müdrik rəhbərliyi ilə müstəqilliyimizi qoruya, dövlətçiliyimizi yaşada bildik.
Hazırda Azərbaycan Respublikası Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolundadır, sivil dünyaya inteqrasiya edir. Bu inkişafın, uğurların əsası isə 1993-cü il oktyabrın 3-də qoyulmuşdur.
Sonra büstün müəllifi, akademik Ömər Eldarov çıxış edərək ulu öndər Heydər Əliyev haqqında xatirələrini danışmışdır.