“Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.”
HEYDƏR ƏLİYEV
HEYDƏR ƏLİYEV
Vətəndaşların müraciəti
Hörmətli Bakı sakinləri!
Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.İctimaiyyətin nəzərinə

Operativ məlumatlar
Gündəlik kriminal xronika
Vətəndaşların qəbulu və müraciətləri

Qəbul qaydaları
Müraciətlərə baxılma qaydası
Vətəndaşların müraciətləri
İnformasiya sorğusu
BAKI ŞƏHƏR BPİ-NİN ŞƏXSİ HEYƏTİ PAYTAXTIN SABİTLİYİNİN VƏ TƏHLÜKƏSİZLİYİNİN KEŞİYİNDƏDİR
27 iyul 2009 İyulun 25-də Bakı Şəhər Baş Polis İdarəsində 2009-cu ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs, sosial-iqtisadi strategiya möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının mühüm rolu vardır. Cənab nazir Ramil Usubovun rəhbərliyi ilə əldə olunan bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd etmişdir.
Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, paytaxt polisi ölkənin qanunvericilik aktlarından, Azərbaycan Prezidentinin fərman və sərəncamlarından, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır. Görülmüş tədbirlər sayəsində 2009-cu ilin 6 ayında paytaxt polisi tərəfindən cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi sahəsində müəyyən müsbət nəticələr əldə edilmişdir.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Bakı şəhərində qəsdən adam öldürmələr və qəsdən adam öldürməyə cəhdlər 43-dən 36-ya kimi (16,5 faiz), quldurluqlar 74-dən 63-ə kimi (14,9faiz), adam oğurluqları 8-dən 6-ya kimi (25 faiz), hədə-qorxu ilə tələb etmə 14-dən 7-yə kimi (50 faiz), dələduzluqlar 462-dən 437-yə kimi (5,4 faiz) azalmış, tamamlanmış cinayət işləri üzrə bütövlükdə cinayətlərin 79,2 faizi, o cümlədən onların ağır növlərinin 77,5 faizi, qəsdən adam öldürmələrin 78 faizi, quldurluqların 83,5 faizi, soyğunçuluqların 68,5 faizi, şəxsi əmlak oğurluqlarının 42,4 faizi, dələduzluqların 91 faizi açılmış, 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 49 nəfərdən ibarət 13 qrup, eləcə də 31 mənzil oğurluğu cinayəti törətmiş 21 nəfərdən ibarət qrup ifşa edilmişdir.
Əllərdə qanunsuz saxlanılan və potensial ictimai təhlükə mənbəyi olan 117 odlu silah, o cümlədən 9 avtomat, 33 tapança, 75 tüfəng və xeyli sayda hərbi sursat götürülmüşdür.
Ötən dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də uğurlu nəticələr qazanılmış, cari ilin 6 ayı ərzində 137 kiloqram (keçən ilin müvafiq dövründə 110 kiloqram) çəkidə narkotik vasitə dövriyyədən çıxarılmışdır. 2008-ci ilin 6 ayı ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 26 fakt, satışla bağlı isə 52 fakt (2008-ci ildə 2007-ci ilə nisbətən müvafiq olaraq 37 və 66 fakt) artmışdır.
2009-cu ilin 1-ci yarısında paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müsbət irəliləyişlər əldə olunmuş, keçirilmiş məqsədyönlü profilaktiki tədbirlərin sayəsində avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 4762, sərnişindaşıma qaydalarına riayət etməyən 1988, sürət rejimini kobud surətdə pozan 9350 sürücü aşkar edilərək müvafiq tədbirlər görülmüşdür. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 399-dan 352-yə (11,8%), yaralananların sayı 1736-dan 1534-dək (11,6%) azalmış, yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə gücləndirilmişdir. Nəticədə ötən illə müqayisədə qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin sayı 503-dən 402-yə kimi (16,7 faiz) azalmışdır.
Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, şəhər miqyaslı 122 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilmiş, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 6 cəhdin qarşısı alınmış, yüksək səviyyəli xarici qonaqlar Bakıya səfərə gələrkən ictimai təhlükəsizlik tədbirləri ilə bağlı 35 xüsusi plan hazırlanaraq həyata keçirilmişdir.
Bakı şəhər BPİ-də kadrların düzgün seçilib yerləşdirilməsi də xüsusi nəzarətdə saxlanılmış, şəxsi heyətin təhsili və peşəkarlığının artırılması, fiziki və döyüş hazırlığının, şəxsi və mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər görülmüşdür. Baş İdarədə kiçik və orta rəis heyəti vəzifələrinə xidmətə qəbul müsabiqə yolu ilə tam şəffaf şəkildə həyata keçirilmişdir.
İstintaq işlərinin və təhqiqatların aparılması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir.
Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışmış, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər BPİ-nin rəisi Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Baş İdarənin rəisi ölkə rəhbərliyini və daxili işlər naziri cənab Ramil Usubovu əmin etmişdir ki, Bakı Polis Qarnizonunun şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları, vəzifələri əzmlə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqdır.

© 2008 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Bakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi