Vətəndaşların müraciəti


QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.

Hörmətli Bakı sakinləri!

 Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

İctimaiyyətin nəzərinə


Operativ məlumatlar

Gündəlik kriminal xronika


Vətəndaşların qəbulu və müraciətləri


Qəbul qaydaları

Müraciətlərə baxılma qaydası

Vətəndaşların müraciətləri

İnformasiya sorğusu


Bakı Polis Qarnizonunun şəxsi heyəti qanvermə aksiyasında fəallıq göstərir

08 iyun 2009
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il uşaq ili elan edilmişdir. Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyalı və hemofiliyalı uşaqlara qayğı”, “Talassemiyasız həyat” kimi dövlət layihələri həyata keçirilir. Respublikanın bir çox təşkilatları, ayrı-ayrı vətəndaşlar kimi cəmiyyətin fəal üzvü olan polis əməkdaşları da bu tədbirlərdə yaxından iştirak edirlər.
Bakı şəhər Baş Polis İdarəsində artıq bir aydır ki, bu son dərəcə vacib layihə həyata keçirilir. Bakı Polis Qarnizonunda donor günləri müəyyənləşdirilmiş və aksiya müvafiq ardıcıllıqla rayon polis idarələrində və şöbələrdə keçirilmişdir. İlk dəfə mayın 12-də Suraxanı Rayon Polis İdarəsinin onlarla polis əməkdaşı könüllü olaraq qan vermişdir. Bu aksiyanın davamı olaraq növbəti günlərdə Əzizbəyov, Xətai, Nizami, Sabunçu, Yasamal, Nəsimi, Nərimanov, Qaradağ, Səbail Rayon Polis İdarələrinin və Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin əməkdaşları qanvermə aksiyasında fəallıq göstərmişlər.
İyunun 8-də isə Bakı şəhər Baş Polis İdarəsində donor günü keçirilmişdir. Bakı şəhər BPİ-nin rəhbərliyinin, İdarə, Şöbə rəislərinin və əməkdaşlarının qatıldığı aksiya yüksək əhval-ruhiyyədə keçmişdir. Əməkdaşlar qeydiyyatdan keçmiş, tibb işçiləri tərəfindən təzyiqləri ölçüldükdən və qan qrupları müəyyənləşdirildikdən sonra növbə ilə qanvermə aksiyasında iştirak etmişlər. Son nəticədə Bakı şəhər BPİ-də 63, ümumilikdə Bakı Polis Qarnizonu üzrə isə baş tutmuş aksiyalarda 700-ə yaxın əməkdaş qan verməklə minlərlə uşağa, qan köçürülməsinə ehtiyacı olan xəstə insanlara sevinc və həyat bəxş edəcək bu nəcib və xeyirxah tədbirdə fəallıq göstərmişlər.
İyunun 10-da Binəqədi RPİ-də, 12-də isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində təşkil olunacaq qanvermə aksiyasından sonra Bakı Polis Qarnizonu üzrə planlaşdırılmış donor günlərinə yekun vurulacaq. Qeyd etmək lazımdır ki, bu dəyərli aksiyada Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Gematologiya İnstitutunun həkim və tibb personalı yaxından iştirak edir.

Bakı şəhər BPİ
Mətbuat Xidməti