Vətəndaşların müraciəti


QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.

Hörmətli Bakı sakinləri!

 Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

İctimaiyyətin nəzərinə


Operativ məlumatlar

Gündəlik kriminal xronika


Vətəndaşların qəbulu və müraciətləri


Qəbul qaydaları

Müraciətlərə baxılma qaydası

Vətəndaşların müraciətləri

İnformasiya sorğusu


Faydalı keçidlər




Mətbuat orqanları

 «Polis» qəzeti Bakı Şəhər Baş Polis İdarəsinin mətbu orqanıdır. 1993-cü ildə təsis edilmişdir, 5 minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində, A2 formatında, iki rəngdə nəşr edilir.
«Polis» qəzeti ilk növbədə, Bakı Polis Qarnizonunun fəaliyyətini işıqlandırır, baş verən cinayətlər və təqsirkar qismində saxlanılan şəxslər barədə mütəmadi olaraq məlumatlar verir. Eyni zamanda, hüquq-mühafizə orqanları, polisin fəaliyəti ilə əlaqədar olan, Azərbaycan Prezidenti, Nazirlər Kabineti və Milli Məclis səviyyəsində qəbul olunan qanun və qərarlar, imzalanan sərəncamlar çap edilir və ehtiyac olduqda, bu sənədlərə şərh vermək üçün mütəxəssislərə müraciət olunur. Bundan başqa, Daxili İşlər Nazirliyində və Bakı şəhər BPİ-də keçirilən tədbirlər, görülən işlər, əmrlər, təyinatlar barədə də məlumatlar operativ şəkildə işıqlandırılır.
Qeyd etmək lazımdır ki, «Polis» qəzeti beynəlxalq təcrübənin - Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və s. ölkələrin polisinin təcrübəsinin öyrənilməsinə də mühüm əhəmiyyət verir. Misal kimi, «Polisin tarixi», «İctimai polisin fəaliyyəti», «Avtomobil tıxacları ilə mübarizə təcrübəsi» və s. mövzuları göstərmək olar.