HEYDƏR ƏLİYEV
Vətəndaşların müraciəti
Hörmətli Bakı sakinləri!
Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.İctimaiyyətin nəzərinə

Operativ məlumatlar
Gündəlik kriminal xronika
Vətəndaşların qəbulu və müraciətləri

Qəbul qaydaları
Müraciətlərə baxılma qaydası
Vətəndaşların müraciətləri
İnformasiya sorğusu
Faydalı keçidlər
Şəxsiyyət vəsiqəsi
Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşlarının. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri ilə təmin olunması və qeydiyyatdan çıxarılması qaydaları haqqında
MƏLUMAT
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında», «Azərbaycan respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında», «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunlarına, həmin qanunların və «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Əsasnamələrə, həmçinin Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədlərinin nümunələrinin təsdiq edilməsi haqqında» Fərmanına və digər normativ hüquqi aktlara əsaslanmaqla Respublika ərazisində vətəndaşlar və əcnəbilər ərazi polis orqanlarının Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Xidmətləri tərəfindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınaraq onlara müvafiq olaraq aşağıda göstərilən xüsusi sənədlər verilir.
- 16 yaşına çatmamış şəxslərə verilən şəxsiyyət vəsiqəsi (şəkilsiz)
- 16 yaşından yuxarı şəxslərə verilən şəxsiyyət vəsiqəsi.
- 30 gündən yuxarı qeydiyyata alınan əcnəbilərə verilən qeydiyyat vəsiqəsi.
Azərbaycan Respublikası vətəndaşlarının ilk dəfə yaşayış yeri üzrə qeydiyyata alınması və onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması zamanı aşağıdakı sənədlər tələb olunur
A) Ərizə-anket (1 və 2 saylı ərizə forması)
B) 16 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi və qan qruppu haqqında arayış.
V) 16 yaşına çatmış vətəndaşın göstərilənlərdən əlavə gözlərinin rəngi, boyu haqqında tibbi arayış, bir neqativdən eyni ölçüdə çıxarılmış, başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnıız öndən təsvir edilmiş görünüşü olan 25 mm x 30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil;
Q) Dövlət rüsumunun ödənilməsi barədə qəbz (şəxsiyyət vəsiqəsi üçün 2 (iki) manat (16 yaşına çatmış vətəndaşlar ilk dəfə aldıqda 1 (bir) manat), qeydiyyat üçün 2 (iki) manat. Əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə bu faktı təsdiq edən sənədin surəti. 16 yaşına çatmış vətəndaşlar qanunla nəzərdə tutulmuş 5 (beş) manat dövlət rüsumu ödədikləri halda onlara ilk dəfə şəxsiyyət vəsiqələri 3 (üç) iş günü müddətində verilə bilər.
Ğ) şəxsiyyət vəsiqəsi alan şəxs evlidirsə, nigahın bağlanması haqqında şəhadətnamə, nigah pozulduqda nigahın pozulması haqqında şəhadətnamə;
Ə) Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxslərdən – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin verdiyi arayış;
İ) Cəzaçəkmə yerlərindən azadlığa buraxılmış şəxslərdən – bu müəssisələr tərəfindən verilmiş azadlığa buraxılma haqqında arayış;
Z) Dövlət Reestr Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reestrindən çıxarış və ya icarə və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayənişin ilə bağladığı icarə və ya kirayə müqaviləsi.
- Yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd.
- Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Qeyd: Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün ərazi polis orqanına müraciət etməlidir. Həmin şəxslərdən yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün yuxarıda göstərilən sənədlərdən əlavə şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi ilə təmin olunmayan şəxslərdən isə köhnə nümunəli şəxsiyyəti təsdiq edən sənəd) tələb olunur.
Hərbi qulluqçular (müddətli hərbi qulluqçulardan başqa) yaşayış yeri üzrə ümumi qaydada qeydiyyata alınırlar.
Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunana qədər müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən hərbi hissə komandanlığının vəsatəti-məktubu əsasında hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.
Qeyd: 16 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayəndələri ilə birgə müraciət etməlidirlər.
Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər, ruhi xəstələr və əqli cəhətdən zəif olan şəxslərin qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün sənədləşmə həmin şəxslərin qohumları və yaxud qanuni nümayəndələrinin iştirakı ilə aparılır. Belə şəxslər ruhi-əsəb xəstəlikləri dispanserində və yaxud digər məcburi müalicə müəssisələrində olduqları halda onlara şəxsiyyət vəsiqəsi həmin məcburi müalicə ocaqlarından çıxdıqdan sonra verilir.
Vətəndaşların şəxsiyyət vəsiqələri aşağıdakı hallarda dəyişdirilməlidir.
1. Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə.
- onu harada nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə dərhal yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin polis orqanına yazılı məlumat verməlidir. Bu zaman şəxsiyyət vəsiqəsini itirən vətəndaş 2 saylı ərizə forması dolduraraq onu 25 mm 30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə (3 manat) birlikdə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Qeyd: Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa onu polis orqanına təhvil verməlidir.
- şəxsiyyət vəsiqəsinin itirilməsinə görə vəsiqəni itirən şəxslər barəsində inzibati qaydada tədbir grülür. (cərimə edilir).
- şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
2. vətəndaşlar 25-35-50 yaşına çatdıqda.
2 saylı ərizə forması, 3 ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzi (2 manat). Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
3. Vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə.
-2 saylı ərizə forması ilə birlikdə VVADQ orqanlarından verilmiş doğum haqqında şəhadətnamə və ya nigahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamə, vətəndaşın hərbi vəzifəsi dəyişdikdə hərbi bilet və ya təhkim şəhadətnaməsini, 3 ədəd rəngli fotoşəkil, və dövlət rüsumunun ödənilməsi barədə qəbzi (2 manat). Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Azərbaycan Respublikası vətəndaşının olduğu yer üzrə qeydiyyatı
-Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə,t urist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş olduğu yer üzrə qeydiyyata alınması üçün özü üçün ərizə-anket (2 saylı əlavə) dolduraraq həmin yerin müdiriyyətinə verməlidir.
Qeyd:Yaşayış yerindən kənarda 60 günə qədər olduğu yer üzrə qeydiyyata alınan vətəndaşlar polis orqanlarına gəlmirlər,onların qeydiyyatını olduqları yerin müdiriyyəti həyata keçirir.
- Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:
-şəxsiyyət vəsiqəsi;
-ərizə-anket (2 saylı əlavə)
Qeyd: 60 gündən artıq olduğu yer üzrə qeydiyyata alınan vətəndaşa qeydiyyata alınması barədə müvəqqəti qeydiyyat vəsiqəsi verilir (12 saylı əlavə).Həmin vəsiqə vətəndaşın şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edildikdə etibarlıdır.
Azərbaycan Respublikasına müvəqqəti gələn əcnəbilərin 30 gündən yuxarı yaşayış yeri üzrə qeydiyyata alınması və onlara qeydiyyat vəsiqələrinin verilməsi.
Azərbaycan Respublikasının ərazisində 30 gündən artıq yaşamaq istəyən əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınmaqdan ötrü yaşayış yerinə gəldiyi vaxtdan 3 (üç) gün ərzində müvafiq ərazi polis orqanının Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə müraciət etməli və bu zaman aşağıdakı sənədləri təqdim etməlidir.
-ərizə-anket (6 saylı əlavə)
-Pasport
-Lazım olduqda giriş icazəsi (vizası)
- Dövlət Reestr Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reestrindən çıxarış və ya icarə və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayənişin ilə bağladığı icarə və ya kirayə müqaviləsi.
- Yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd.
- Əcnəbiyə yaşayış sahəsi verən şəxsin ərizəsi.
- bir neqativdən eyni ölçüdə çıxarılmış, başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnıız öndən təsvir edilmiş görünüşü olan 25 mm x 30 mm ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
- Dövlət rüsumunun ödənilməsi barədə qəbz (qeydiyyat vəsiqəsi üçün 10 manat). Əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə bu faktı təsdiq edən sənədin surəti.
Azərbaycan Respublikasına müvəqqəti gələn və 30 günədək yaşamaq istəyən əcnəbilərin olduğu yer üzrə qeydiyyatı
-Mehmanxanaya,sanatoriyaya,istirahət evinə, pansionata, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə,başqa yaşayış sahəsinə gələn əcnəbi 30 günədək olduğu yer üzrə qeydiyyata alınması üçün özü üçün ərizə-anket (6 saylı əlavə) dolduraraq dövlət rüsumunun ödənilməsi barədə qəbzi həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verməlidir.
Qeyd:Azərbaycan Respublikası ərazisində 30(otuz) günədək yaşamaq istəyən əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmaları üçün polis orqanlarına gəlmirlər,onların qeydiyyatını olduqları yerin müdiriyyəti və yaxud yaşayış sahəsinin sahibi və ya istifadəçisi həyata keçirir.
Əlavə Məlumatlar
- Bakı şəhəri üzrə ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində vətəndaşların və əcnəbilərin sənədlərinin qəbulu həftənin 2,3,4 və 5-ci günləri (bazar, bazar ertəsi və bayram günləri istisna olmaqla) saat 10-00-dan 13.00-dək və 15-00-dan 18-00-dək,həftənin 6-cı günləri isə 10-00-dan 13-00-dək həyata keçirilir.
-Səhifədə qeyd olunan və sənədlərin qəbulu zamanı tələb olunan ərizə formaları (ərizə-anketlər) AR vətəndaşları üçün 1 saylı və2 saylı əlavələr,əcnəbilər üçün 6 saylı əlavələr onlara qəbul zamanı qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində,60 günədək olduğu yer üzrə qeydiyyata alınan vətəndaşlara 2 saylı əlavə,30 günədək olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərə isə 6 saylı əlavələr olduqları yerdə verilir.
-Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq və şəxsiyət və qeydiyyat vəsiqələri almaq üçün tələb olunan sənədlərin siyahıları,qəbul günləri və saatları,qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərində ödənilən dövlət rüsumlarının məbləğləri barədə məlumatlar Xidmətlərin inzibati binalarının qəbul otaqlarının qarşısında görünən yerlərdə asılmış lövhələrdə yerləşdirilmişdir.
-Ərazi polis orqanlarının Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrində ödənilən dövlət rüsumları nəğd şəkildə qəbul olunmur,yalız həmin rüsumların ödənilməsi barədə qəbzlər xidmət əməkdaşlarına təqdim olunmalıdır.
Bakı şəhər Baş Polis İdarəsinin
Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsi
Bakı şəhər Baş Polis İdarəsi



