“Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.”
HEYDƏR ƏLİYEV
HEYDƏR ƏLİYEV
Vətəndaşların müraciəti
Hörmətli Bakı sakinləri!
Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.İctimaiyyətin nəzərinə

Operativ məlumatlar
Gündəlik kriminal xronika
Vətəndaşların qəbulu və müraciətləri

Qəbul qaydaları
Müraciətlərə baxılma qaydası
Vətəndaşların müraciətləri
İnformasiya sorğusu
BAKI ŞƏHƏR BAŞ POLIS İDARƏSI VƏ BAKI ŞƏHƏR PROKURORLUĞUNUN BIRGƏ MƏLUMATI
05 mart 2010Bakı Şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Belousov Yuriy Vitalyeviç martın 3-də saxlanılıb. Həmin faktla bağlı Sabunçu rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İstintaqla müəyyən edilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Yuriy Belousov Nardaran qəsəbəsində Həmid adlı şəxsin bağ evində gözətçi işləyərkən, 2008-ci il noyabrın 27-də saat 22 radələrində tanışı Fərhad Quliyev onun yanına gəlib və birlikdə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və əlbəyaxa olubar. Bu zaman Yuriy Belousov özündə olan bıçaqla Fərhad Quliyevə bir-neçə bıçaq zərbəsi vuraraq onu qəsdən öldürüb. Bundan sonra o, həmin evin digər otağında olan şəxslərin köməyi ilə Fərhad Quliyevin meyitini yaxınlıqdakı bağ sahələrinin birində torpağa basdırıb.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yuriy Belousov törətdiyi cinayət əməlini etiraf edib, özünun iştirakı ilə meyitin basdırıldığı əraziyə baxış keçirilib və həmin yerdən Fərhad Quliyevin meyiti aşkar edilərək çıxarılıb. Meyit müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təqdim edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

© 2008 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Bakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi