Vətəndaşların müraciəti


QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.

Hörmətli Bakı sakinləri!

 Polisin fəaliyyəti ilə bağlı gündəlik həyatınızda rastlaşdığınız hər bir neqativ hərəkətlər haqda, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə Sizə məlum olan hər bir faktla əlaqədar vətəndaşlıq mövqeyi nümayiş etdirib Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova müraciət edə bilərsiniz. Məlumatın məxfiliyinin qorunacağına tam zəmanət veririk.

İctimaiyyətin nəzərinə


Operativ məlumatlar

Gündəlik kriminal xronika


Vətəndaşların qəbulu və müraciətləri


Qəbul qaydaları

Müraciətlərə baxılma qaydası

Vətəndaşların müraciətləri

İnformasiya sorğusu


BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏTBUAT XİDMƏTİNDƏN

19 fevral 2010
18.02.2010-cı il tarixdə, saat 12 radələrində  Səbail rayonu, İstiqlaliyyət və A.Babayev küçələrinin kəsişməsində yerləşən «Karvan» kafesində  qaz sızması  nəticəsində  partlayış baş vermişdir.
Partlayışla bağlı daxil olmuş məlumat əsasında hüquq mühafizə  orqanları əməkdaşları  dərhal  hadisə yerinə gələrək  ilkin araşdırmaya başlamışlar. Həmin vaxt kafeyə müxtəlif kütləvi informasiya  vasitələrinin  nümayəndələri,  o cümlədən «Salamnews» İnfomasiya Agentliyinin müxbiri Zülfüqar Xeyirxəbərov da gəlmiş, sonuncunun çəkiliş aparması ilə bağlı kafenin işçisi Zaur Qafarov və  onun  kafedə olan tanışı  Əziz Əhmədov  arasında münaqişə baş vermişdir.
Hadisə yerində olan  polis əməkdaşları tərəfindən  hər 3 şəxs  ərazi aidiyyəti üzrə Səbail RPİ 9-cu PB-yə dəvət olunmuş, vət.Z.Xeyirxəbərov   «Karvan» kafesində  peşə fəaliyyətini  həyata keçirərkən  zorakılığa məruz qalması barədə  ərizə ilə  müraciət etmişdir.
Müraciəti ilə bağlı Z.Xeyirxəbərovun izahatı alınaraq məhkəmə-tibbi ekspertizadan keçmək üçün ona göndəriş verilmiş, araşdırma zamanı Z.Qafarov və Ə.Əhmədov münaqişənin baş verməsinin səbəbini Z.Xeyirxəbərovun onlara qarşı kobudluq  etməsi və ünvanlarına  nalayiq sözlər  işlətməsi ilə izah etmiş və onlar izahatları alındıqdan sonra sərbəst buraxılmışlar.  
 Hazırda  müxbir Zülfüqar Xeyirxəbərovun döyülməsi faktı ilə  bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət  işi başlanaraq istintaq aparılır.
Həmçinin təəssüf hissi ilə qeyd olunmalıdır ki, «Salamnews» İnfomasiya Agentliyinin müxbiri Zülfüqar Xeyirxəbərov Səbail RPİ 9-cu PB-də verdiyi ərizəsində kafenin işçiləri tərəfindən zorakılığa məruz qalarkən yaxınlıqda olan polis əməkdaşlarının münaqişənin qarşısını aldıqlarını göstərdiyi halda,  bəzi  kütləvi informasiya vasitələri hadisə zamanı  hüquq mühafizə  orqanları  əməkdaşlarının   seyriçi mövqe tutmaları,  həttda  Z.Xeyirxəbərova fiziki təzyiq göstərmələri kimi həqiqətə uyğun  olmayan, qərəzli  xəbərlər  yaymaqla  ictimaiyyətdə yalnış fikir formalaşdırmağa  cəhd göstərirlər.
Belə mövqeləri ilə cəmiyyətdə hansısa bir rəy formalaşdırdığını güman edən kütləvi informasiya vasitələrinin rəhbərlərinin nəzərlərinə çatdırılır ki, polisin işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan belə böhtan xarakterli məlumatların yayılması yolverilməzdir və bu kimi əməllər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.